Menu

Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb

12.06.2020, 13:42
Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 672 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27% və ya 248 ədəd azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə dövlət Statistika Komitəsinin dərc etdiyi hesabatda deyilir.

Hesabatda həmçinin qeyd olunub ki, cari ilin ilk beş ayında ölkədə 105 ədəd traktor istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 82% azdır.

Ümumiyyətlə, hesabat dövründə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 127,7 mln. manatlıq məhsul istehsal edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 37,6% artıb, maşın və avadanlıqların istehsalı isə 8,2% azalıb.

Şərhlər

Azer 2020-06-12 16:42:55

Bu il 672 ədəd minik avtomobili istehsal edilib. Belə getsə gələn il Almanları və Yaponları pis günə qoyacağıq.

Adil 2020-06-12 15:37:50

Hansi minik avtomobilinden sôhbet qedir ?

Mühndis 2020-06-12 14:46:17

Sənayeyə diqqət edən var?Hanı 10-20-40 min işçi işləyən zavod.fabrik.kombinatlar.? Hamısı sabotaj edildi,bağlandı,dağıdıldı.Yenisini isə düşünən yoxdur.Kiçik zavdları isə işləməyə qoymur,bir sıra manelər yaradılır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol