Bakıda naməlum şəxslər Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə hücum ediblər. Virtualaz.org-un müxbiri ilə söhbətində bunu Rahim Qazıyevin özü də təsdiqləyib. Onun sözlərinə görə, hücum edənlər keçmiş naziri başından vurublar.
Rəhim Qazıyev bildirib ki, əlavə məlumatı daha sonra verəcək
Rəhim Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.
Bu barədə jurnalistlərə Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var: “Hazırda araşdırmalar davam etdirilir”.
Xatırladaq ki, Rəhim Qazıyev bu ilin fevral ayında keçmiş kürəkəni Ramiz Əzizov tərəfindən döyülmüşdü. O vaxt qeyd edildi ki, R.Qazıyevin qızı Şəbnəm Əzizovdan boşanmaq qərarına gəldikdən sonra, sonucu Qazıyevlər ailəsinin üzvlərinə təcavüz etməyə başlayıb. Hətta ondan əvvəl keçmiş kürəkən Qazıyevin başqa bir qızının avtomobilinin təkərlərini öz evinin qarşısında bıçaqla deşmiş və üstəlik, evlərinə gələrək giriş qapılarını sındırmışdı.
***
Bu gün naməlum şəxs sabiq Müdafiə naziri Rəhim Qazıyevə xəsarət yetirib.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, R.Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində cinayət işi başlanıb:
“Bu barədə faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var. Hazırda araşdrımalar davam etdirilir”.


Şərhlər
- Qoçuluq edənlər qanun qarşısında cavab verməlidir və öz layiqli cəzasını almalıdır ?
Yazıq !!!
Kreml(Nemət kimi) müti əyalətini müxalifətsiz də istədiyi pozada istifadə edir.
Rəhim Qazıyev hər kim də olsa qoca kişini bu hala salmaq kişilikdən deyil. İnsanlığa yaramayan bir işdir.
...HA HA HA
Her kes öz emelinin girovudur
Yegin evveler onu doyenlerdir, metbuat yazirdiki, Siyavush Novruzovun gocu destesinin numayendeleridir. Qocular o vaxt Bakili ve Shamaxililarin icinden cixardir, indi ise mensheleri melum deyil.
Güman ki Rəhim Qazıyev özü özünə zədə yetirib.Görəsən,Rusiyadan hansı tapşırığı alıb?...
Qocaya əl qaldıran adam Allaha cavab verəcək.
Görun gözəl vətənimizi hansı vəziyyətə gətirdilər?!