Menu

Azərbaycanda koronavirusu yüngül keçirən xəstələr evdə qalacaqlar - QƏRAR

12.06.2020, 20:00
Azərbaycanda koronavirusu yüngül keçirən xəstələr evdə qalacaqlar - QƏRAR

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, sənədə əsasən, qərarın adı dəyişdirilir. Qərar “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları” adlandırılır.

Qərara əsasən, sənəd yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə şamil ediləcək.

Sənədə görə, koronavirusa yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydası da dəyişdirilib. Belə ki, həmin şəxslər mənzili (evi) tərk etməməlidir.

Bundan başqa, aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir.

Şərhlər

Helmə xanıma 2020-06-13 10:08:27

Aləmə ölümlə sarsıtmış yüngül olsun virusu evdə necə "bəsləmək" olar?

Faiq 2020-06-13 01:44:31

Bas nazire adamin yazigi gelir.

Qasım 2020-06-12 23:34:29

Bu xəstəlik belə yüngülvari bir şey imişsə bu hay-küy,basa-bas,DOŞAN-tülkü nə lazım idi?

Helime 2020-06-12 23:07:53

Getirib Atletler kendine, ya sda diger yere salmaqla , yalniz o adamin qiciqlanmasina nail olurlar. Onlarda butun hirsini tibb ishchilerinden chixir. Evinde heftede bir defe ayaqyolu yumayanlar ,her gun tibbi personala ayaqyolu temizletdirir, tibb bacilarinin bashina oyun achirlar. Hekimleri tehkir etmek ozlerine borc bilirler. Oradaki sheraitden narazi olanlar indi otursun evlerinde, gunde o 3 defe pulsuz verilen yemeyide ozleri bishirsin. Onda bilerler dovletin qedrini. Chox duzgun qerardi.

Helime 2020-06-12 23:02:20

Nehayet ki.... en duzgun qerar budur. Elameti olmayan adami getirib A

Özgür 2020-06-12 20:41:54

belə isə qolbaq bağlayın, onda evdən heç kəs çıxmaz.

Özgür 2020-06-12 20:33:23

belə isə qolbaq bağlayın, onda evdən heç kəs çıxmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol