Menu

“SƏN, GİR BUNKERƏ!” - Sietlin meri Tampa səsləndi

13.06.2020, 11:58
“SƏN, GİR BUNKERƏ!” - Sietlin meri Tampa səsləndi

Sietlin meri (Vaşinqton ştatı) Cenni Derkan Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın tənqidnə sərt reaksiya verib və şəhər hakimiyyətinin irqi-ayrı seçkiliyə qarşı etiraz aksiyaları zamanı fəaliyyətinə qiymət verməyi dayandırmağa çağırıb.

İyunun 10-da Ağ Evin başçısı Sietlin meriyasını və Vaşinqton ştatının hakimiyyətini təqid edərək, bildirib ki, etiraz iştirakçıları ştatın qubernatoru Ceem İneliyə və Sietln meri Cenni Derkana gülüblər.

«Daxili terrorçular Sietli ələ keçiriblər. Onları əlbəttə, radikal demokratlar idarə edirlər. Öz şəhərinizi elə bu saat geri qaytarın. Bu anarxistləri təcili dayandırmaq lazımdır» - Tramp öz Tvitterində yazıb və qanun-qaydanı bərpa etməyə çağırıb.

Derkan da iyunun 11-də Tvitterdə Trampa cavab verib və «bunkerə qaytmağı» ona tövsiyə edib. «Beləcə, bizim təhlükəsizliyimizi təmin et» - deyə, mer prezidentə müraciət edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol