Menu

"DSMF-nin vəzifəli şəxslərinə cinayət işi açılıb" - Baş Prokurorluq

14.06.2020, 13:31
"DSMF-nin vəzifəli şəxslərinə cinayət işi açılıb" - Baş Prokurorluq

"Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılıb". Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

Onun sözlərinə görə, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

"Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəri ilə cinayət işi başlanmış, hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Cinayət işinin təfərrüatları barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə yaxın zamanda əlavə məlumat veriləcəkdir"-deyə, bildirib. 

Şərhlər

Sülhəddin 2020-06-15 12:51:23

bir-iki aşağı ranqlı məmurlarla düzələn deyil...

Ağayev Ağahüseyn 2020-06-15 04:08:02

HÖR. Baş Prokuror DSMF-nun QARADAQ idarəsinə yoxlama ğöndərin Mən bələdcilik edərəm.Baxın burda nəyin şahidi olacaqsız.

Seyid Ənhu 2020-06-14 22:39:38

... BƏZİ DİNİNİ-İMANINI İTİRMİŞ İNSANLAR DSMF-yə TOPLAŞIB. ....ORADA HALAL QADAĞANDIR!

Tahoe 2020-06-14 18:26:07

Basdan baslamaq ....

t.ədalət 2020-06-14 14:56:51

DSMF-nun bütün idarə və şöbələrində təmizləmə aparılmalıdır.Bulanıq suyu durultmaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol