Menu

Liviyada əsirlərin diri-diri yandırıldığı soba tapılıb - Həftarın döyüşçüləri isifadə edirmiş + FOTOLAR

14.06.2020, 18:49
Liviyada əsirlərin diri-diri yandırıldığı soba tapılıb - Həftarın döyüşçüləri isifadə edirmiş + FOTOLAR

Liviyanın Tərxun bölgəsində Xəlifə Həftarın döyüşçüləri tərəfindən əsirlərin diri-diri yandırdırıldığı ehtimal edilən soba tapılıb. Bu barədə Liviyanın xarici işlər nazir Fəthi Başağı bəyan edib («Anadolu»).

Nazirin szlərinə görə, elə həmin rayonda bir necə kütləvi məzarlıq da aşkar olunub. Yerli sakinlərin sözlərinə istinad edən Başağı bildirib ki, «onlarla dustaq orada diri-diri basdırılıb». 

Liviyanın güc strukturları ölkənin şərqindəki Tərxun şəhərində (Tripolinin cənub-şərqi) qeyri-qanuni silahlı qruplaşmaların vəhşi cinayətlərini sənədləşdiriblər.

Başağı qeyd edib ki, Həftar və döyüşüləri beynəlxalq məhkəməyə verilməlidir.

Xatırladaq ki, özünü "Liviya Milli Ordusu" adlandıran qanunsuz silahlı birləşmə Xəlifə Həftarın komandanlığı altında Rusiya və Birləşmiş Ərəb Əmirliyinin dəstəyi ilə beynəlxalq birlik tərəfindən tanınmış milli razışılıq hökumətinə (MRH) qarşı hərbi əməliyyatar aparırdı. 

Türkiyənin köməyi ilə Faiz Səracın rəhbərliyi altında Tripolidə qərarlaşan hökumət Həftarın silahlı birləşməsini böyük ölçüdə məhv edib.

AzPolitka.info



Şərhlər

Eko 2020-06-15 09:57:03

Haftarada rusdar kômek edir , harda rusun eli var , orada haksizliqlar olur)))) Bunu men demirem , tarix deyir !

t.ədalət 2020-06-14 19:14:23

Bunlar hamısı rus qəddarlığının nümunələridir.Əfqanıstanda döyüşlərdə iştirak edən bir tanış dedi ki,ruslar ələ keçirdikləri ərazilərdə körpələri və qocaları bir otağa toplayıb diri-diri yandırırdılar.Əsirlərin cinsi alətinə qara bibəri yeridib əzabla öldürürdülər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol