Şimali Atlantika Alyansı Ukraynaya “imkanları genişləndirilmiş həmkar” statusu verib və bir daha ona sadiq olduğunu ifadə edib.
Ukrayna alyansın həmkarları arasında sayca altıncıdır ki, bu mərhələyə keçib. Bundan əvvəl həmin status İsveçə, Finlandiyaya, İordaniyaya, Avstraliyaya və Gürcüstana verilib.
Ukrayna üçün yeni statusa keçid NATO-ya üzvlük məsələsi istiqamətində heç bir qərar deyil. Bu barədə blokun spikeri Oana Lunqesku məlumat verib.
Buna baxmayaraq, alyans öz missiyasına Kiyevin əhəmiyyətl töhfəsini tanıyır. Bundan sonra NATO təlimlərinə və orduların uyğunluğunun yüksəldilməsi proqramında Ukraynanın daha geniş giriş imkanı olacaq.
AzPolitika.info


Şərhlər
Kaş,bizə də belə bir status veriləydi.Təəssüf ki bizimkilər müstəqilliyimizin qarantı ola biləcək NATO-nu qoyub ərazilərimizin işğalçısı,övladlarımızın qatili olan düşmən Rusiyanın paradına gedirlər.Allah zalımı da,zalıma meyillini də cəzalandırandır!