Menu

"VİRUS YOXDUR DEYİB, İNSANLARI ÇAŞDIRMAYIN..." - Koronavirusa yoluxmuş həkim

15.06.2020, 14:46
"VİRUS YOXDUR DEYİB, İNSANLARI ÇAŞDIRMAYIN..." - Koronavirusa yoluxmuş həkim

Azərbaycanda daha bir həkim koronavirusa yoluxub. O, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Nicat Əzimlidir.  Bu barədə tibb işçisi sosial şəbəkə hesabı vasitəsilə məlumat verib.

“Bugünkü (dünən-red.) 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdur deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah görüşmək ümidi ilə”, - o, Feysbukda yazıb.

Qeyd edək ki, ötən gün Azərbaycanda daha 387 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent vəfat edib, 274 nəfər sağalıb.


Şərhlər

ejder 2020-06-16 01:28:29

SEHIYYEMIZ SIFIR,DERMENLER GIYDIRME...NAZIRIMIZ,,DUZ..

səbuhi 2020-06-15 22:31:29

virus var! inanmayanlar buna tutulanlardan soruşsunlar

Talish 2020-06-15 21:34:52

Kul sizin nadan bashiniza, bunlarin hamsinin bashi yuyulub, dunya dagilir, bu nadanlar komplo teoriyasi ile meshgul olur. Eziz doxtur, Allah komeyin olsun bu nadanlar ele nadan olaraqda qalacaqlar, sher yazanlari nezerde tuturam. Hokumet hara baxir bu komplo ile meshgul olanlari mutleq tapib hebs etmek lazimdir. Beleleri butun sayitlari ishqal ederek ehalini cash bash salir. Ozleride bilinmir hansi xarici dovlete ishleyir. Ehalinin genish mariflenmesine ehtiyac var. INsanlar yaxshi olar ki, Turkiyenin kanallarina baxsin, orada dogru-durust informasiyalar verilir. KOmpulo ile meshgul olanlara olum.

Qara 2020-06-15 17:01:11

Buraxmaq lazımdır axırı necə olar olsun osuz da hamı yarı ölmüş halındadır

Ölü canlar 2020-06-15 16:32:53

Virus varsa da elə böyük təhlükəli deyil. Dünya əhalisini, insanlığı hansısa cinayətkar müəmmalı qara qüvvələr bu yolla şantaj edir və əsarətdə saxlayır. Bu bakteroloji müharibə deyil,çünki əsas 3-4 ölkə dünyada öz sözünü deyir. ABŞ,Rusiya,Çin və bir neçə başqaları. Bunlar da hamısı bununla razılaşır. Yəni bir mərkəzdən bu oyun idarə olunur. Ola bilər də ki, dünya o qədər sürətlə irəli gedir, inkişaf edir və kulminasiya nöqtəsi dağılmağa,ekoloyi fəlakətə gedir. Yəni zavodlar,fabriklər, hər gün milyardlarla maşın motorları işləyir və normadan artıq enerji və çirkab planeti məhvə aparır. Hər gün 10 minlərlə təyyarələr az qala işıq surəti ilə atmosferi yarır o tərəfə bu tərəfə. Bunlar hamısı kiçik yer kürəsi üçün bir təhlükədir. Ola bilər də ki bu surəti azaldır və eksprment aparırlar. Ancaq belədirsə bunu əhalidən niyə gizlətmək? Düzünü demək lazımdır ki,insanlar bilsinlər onları nə gözləyir. Ya bizi bu əsarətlə tam məhv etmək, ya da robotlaşdırmaq,elektronlaşdırmaq,heyvana bənzər bir məxluqa döndərmək istəyirlər. Ancaq bu çox getsə bütün yer kürəsinin sahibi şüurlu insanlar üsyana qalxıb buna son qoyacaqlar. Və bu bunun da fəsadları insanlıq üçün fəlakət olacaq.….

elxan 2020-06-15 15:19:32

sənin cörəyin ondan cixir bala səni qınamırıq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol