Menu

Belçikada koronavirusa yoluxanların sayı 60 mini ötdü

15.06.2020, 17:29
Belçikada koronavirusa yoluxanların sayı 60 mini ötdü

Belçikada son sutkada 71 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, eyni dövr ərzində 6 nəfər pandemiyanın qurbanı olub.

Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 60 100-ə yüksəlib, ölənlərin sayı isə 9 661-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu ötüb. Bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 436 mindən çoxu isə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol