Menu

“Sərhəddə qalan vətəndaşları dərhal ölkəyə buraxın” - BAXCP

16.06.2020, 10:49
“Sərhəddə qalan vətəndaşları dərhal ölkəyə buraxın” - BAXCP

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Rusiyanın ölkəmizlə sərhədində qalan Azərbaycan vətəndaşları ilə bağlı bəyanat yayıb. 

Bəyanatda deyilir: “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan hökumətini Rusiya ilə sərhəddə qalmış, dözülməz və insan ləyaqətini alçaldan şəraitdə uzun müddət yaşayan Azərbaycan Respublikası vətəndaşlarını dərhal ölkəyə buraxmağa çağırır. 

Azərbaycan Respublikası Konstitisiyasının 28-ci madddəsinə əsasən "Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Konstitusiyanın 24-cü maddəsinə əsasən, dövlət "İnsan ləyaqətini qorumalı və ona hörmət etməlidir". Bu hüquqlar hər hansı səbəbə görə heç bir Qanun və ya Qərarla məhdudlaşdırıla bilməz. Hər kəs özünü bizimlə eyni hüquqlara sahib həmin vətəndaşlarımızın yerinə qoymalıdır”.

Şərhlər

Emin 2020-06-16 16:59:45

Qüdrət niyə bu günə kimi yadına düşmürdü ki,o həmvətənlərimiz orada,sərhəddə nə zülümdədirlər?

Tanish 2020-06-16 12:08:11

Birinci defedir ki, bunlardan da duzgun nese eshidilir. Olke vedendashlari mutleq olkeye buraxilmalidir geyri-shersiz.

kkk 2020-06-16 11:36:51

https://www.youtube.com/watch?v=Rfd8FNwpj1g

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol