Menu

SEPAH İraqda PKK və PJAK-ın mövqelərini bombalayıb

17.06.2020, 17:04
SEPAH İraqda PKK və PJAK-ın mövqelərini bombalayıb

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq ərazisində PKK və PJAK terror təşkilatlarının mövqelərini bombalayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İraq Kürdüstanının Alanə və Hacı İmran bölgələrində terrorçuların mövqeləri bombalanıb.

Qeyd edək ki, ötən gün də SEPAH İraq ərazisində terrorçuların mövqelərini top və raket atəşinə tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol