Menu

"İcra başçısının polis oğlunun cəzalandırılması barədə xəbərlər həqiqətə uyğun deyil" - DİN

18.06.2020, 23:12
"İcra başçısının polis oğlunun cəzalandırılması barədə xəbərlər həqiqətə uyğun deyil" - DİN

“Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının oğlu olan Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Şəhriyar Hüseynzadənin Daxili İşlər Nazirliyi tərəfindən cəzalandırılması barədə iddialar həqiqətə uyğun deyil”.

Bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

DİN rəsmisinin sözlərinə görə, Ş.Hüseynzadə işlədiyi ərazi üzrə xidmət göstərib:

“Birmənalı olaraq deyirəm ki, Yasamal rayonunda keçirilən əməliyyat zamanı həmin polis zabitinin hərəkətində, əməlində heç bir qanunsuzluq, qanunupozma, kobudluq olmayıb. Ona görə də ona Daxili İşlər Nazirliyi tərəfindən heç bir cəza verilməyib. Həmin zaman orada olan əməkdaşlarının heç biri qanunazidd hərəkət etməyib. Atasının onu tənbeh etməsinə gəlincə, bu məsələ də araşdırılıb. Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı heç vaxt oğlunun işinə qarışmadığını və elə bir söz demədiyini bildirib. O deyib ki, oğlum Bakıda, mən isə Ağcəbədidəyəm, qətiyyən iddia edilən ifadələri işlətməmişəm”.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və oğlu Şəhriyar Hüseynzadə

Şərhlər

Veten dashı 2020-06-19 10:54:46

Mən onu bilirəm ki,zibil atmağa cıxan şəxsi bir residivist kimi təqıb edib tutmaq və insanların haqlı etirazına məhəl qoymamaq bir tərbiyəsizlik və mənəviyyatsızlıqdı.Zibil atmaq zəruri deyildisə nəyə görə bir həftə sonu icazə verildi.Bu bəyanatı verənlər polis əməkdaşının yazılmış əxlaq kodeksindən xəbərsizdilər yəqin.Bizim ölkəmizdə polisin yazılmamış əxlaq kodeksi var və cox iyrənc bir kodeksidir.Məhz buna görə əhalinin etirazı da yazılmamış kodeksə uyğun olub.Cox şey yazardım onsuz da əsib atacaqsız.

Ağayev Ağahüseyn 2020-06-19 06:20:27

Cnayət cəzasız alzanda və qanunun yanından QANUNSUZ kecəndə HÖKMƏN kimsə ZİYAN ĞÖRƏCƏK.

İsa 2020-06-18 23:45:51

belə çıxır kimsə millətiə qarşı tərbiyəsizlik edib, düz edib,lap yaxşı edib. Eybi yox qoy etsin......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol