Menu

Həbib Nurməhəmmədovun atası koronavirusdan sağaldı

19.06.2020, 09:26
Həbib Nurməhəmmədovun atası koronavirusdan sağaldı

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusdan sağalıb.

"Report"un məlumatına görə, bu barədə TASS-a döyüşçünün məşqçisi Xavyer Mendes məlumat verib.

O bildirib ki, iyunun 15-də H.Nurməhəmmədov atasının sağalması barədə mesaj göndərib. Mendes bu barədə digər ortaq tanışları ilə də söhbət etdiyini sözlərinə əlavə edib: "Mənə dedi ki, Abdulmanap Nurməhəmmədov artıq koronavirus xəstəsi deyil. Keçirdiyi ürək əməliyyatı ilə bağlı ağırlaşmaları var. Əlbəttə, buna görə narahatam".

Qeyd edək ki, Abdulmanap Nurməhəmmədov aprelin 25-də xəstəxanaya yerləşdirilib. 57 yaşlı məşqçi ürəyindən əməliyyat olunub. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol