Menu

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri birgə təlim keçirəcəklər

04.10.2014, 15:09
Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri birgə təlim keçirəcəklər

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 6-dan 17-dək Türkiyənin İstanbul şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələri şəxsi heyətinin Türkiyə Hərbi Dəniz Qüvvələri Tərsanələrində stajkeçmə təlimi keçiriləcək.

Bundan əlavə, oktyabrın 6-dan 16-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində Müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya seminarı keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol