Menu

"Başakşəhər" əzmkar qələbə ilə liderliyə yüksəlib

20.06.2020, 00:04
"Başakşəhər" əzmkar qələbə ilə liderliyə yüksəlib

Türkiyə Super Liqasında XXVIII tur start götürüb.

Apasport.az saytının məlumatına görə, turun açılış matçı paytaxt Ankarada keçirilib.

Turnir cədvəlinin liderliyi bölüşən “Başakşəhər” təhlükəli zonadan çıxmağa çalışan “Ankaragücü”nü sınağa çəkib. Ev sahibləri erkən qolla hesabı açsalar da, fasilədən sonra dönüş etməyi bacaran İstanbul təmsilçisi əzmkar qələbə ilə zirvəyə yüksəlib.

Qeyd edək ki, turun digər matçları 20-22 iyun tarixlərində keçiriləcək.

Türkiyə Super Liqası
XXVIII tur
19 iyun
“Ankaragücü” – “Başakşəhər” – 1:2
Rodriges, 12 (pen.) - Aleksiç, 59; Viska, 73

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol