Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVID-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib.
Bu barədə icra başçısının özü "Report"un Qarabağ mərkəzinə bildirib.
M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. "Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə xidmət edir, cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm".
Qeyd edək ki, Tərtər rayonundan olan deputat Sahib Alıyev koronavirusa yoluxub.
***
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov koronavirusa yoluxub.
"AzPolitika" xəbər verir ki, bu barədə axar.az-a məlumat daxil olub. Bildirilib ki, icra başçısının koronavirus testi pozitiv çıxıb. Hazırda Tərtər İH əməkdaşlarının nəzarətə alındığı bildirilir.
Tərtər şəhər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva faktı təsdiqləməyib.
Qeyd edək ki, Tərtərin deputatı Sahib Alıyev də koronavirusa yoluxub.
Bundan öncə Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov koronavirusa yoluxub, Samux rayon icra başçısının müavini Qəzənfər Əliyev isə bu virusdan dünyasını dəyişib.

Şərhlər
bunlar yoluxub?
onun kimilərinin o qədər haram pulu var ki, virus onun yanından heç yel olub keçə də bilməz
Gorun icra bashcisi, presdent aparatinin shobe mudiri, deputat yoluxubsa vay kasib-kusubin halina. Nashilar helede virus pandemiyasinin bashinda durur, ehali arasinda gen bol kompulo teoriyasinin yayanlar tebligat aparir, ona gorede bele vuset alib isti havalarda yayilir. Agili ishler gurulsaydi bu fesadlar yaranmazdir. Sabir demish sel gelmemish cirmanmaga bashladilar, sel gelende ise axina qapildilar.

Hamisini yahdirmaq lazimdir