Menu

Şimal və Cənub 7 aydan sonra görüşür

04.10.2014, 16:56
Şimal və Cənub 7 aydan sonra görüşür

Şimali və Cənubi Koreyanın yüksəksəviyyəli rəsmiləri 7 aydan sonra ilk dəfə bir araya gələcəklər.

Şimali Koreya rəsmiləri oktyabrın 4-də Asiya Oyunlarının bağlanma mərasimində iştirak etmək üçün Cənubi Koreyaya gəliblər.

Gələnlər arasında Şimali Koreya liderinə yaxınlığı ilə seçilən Koreya Xalq Ordusunun siyasi rəhbəri Hwang Pyong So da var. Onun ölkədə ikinci vacib şəxs olduğu deyilir.

Hər iki tərəf 1950-53-cü ildəki müharibədən sonra hələ də sülh sazişi imzalamayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol