Menu

Prezident doğum gününü bəhanə edib Putinə “yox” dedi – Paşinyan da Moskvaya gedəsi olmadı

21.06.2020, 00:08
Prezident doğum gününü bəhanə edib Putinə “yox” dedi – Paşinyan da Moskvaya gedəsi olmadı

Azərbaycan prezidenti İlham Əliyevdən sonra Türkmənistanın prezidenti Qurbanqulu Berdıməhəmmədov və Ermənistanın baş naziri Nikol Paşinyan da Moskvada keçiriləcək parada qoşulmaqdan imtina ediblər. Məlumata görə, üç nəfərdən ikisi Moskvaya getməmələrini koronavirusla, Ermənistanın baş naziri isə özünün koronavirusla bağlı karantinə alınması ilə əsaslandırıb.

Amma Türkmənistan prezident Moskvaya səfərdən imtinanı iyunun 29-da ölkədə doğum gününün 63 illiyi ilə bağlı tədbirlərin olması ilə əlaqələndirib. Məlumata görə, Türkmənistanda 63 yaş Məhəmməd peyğəmbərin yaşına çatma hesab olunur və bu yaşada olan adam öz doğum günündə ailəsi və yaxınlarının yanında olmalıdır. Səfər edəcəyi halda isə o Moskvadan geri dönəndən sonra karantinə alınmalıdır. Berdıməhəmmədov və onun hökuməti koronavirusla əlaqəli tədbirlərə məhəl qoymur.

Ermənistanın baş naziri Nikol Paşinyan cümə günə səfərdən imtina etdiyini açıqlayıb və bunu koronavirusla bağlı Ermənistandakı ağır vəziyyətlə əlaqələndirib. “Azadlıq” radiosunun məlumatına görə, baş nazirin Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubda "Mövcud epidemioloji vəziyyət mənim bu səfəri rellaşdırmama imkan vermir" qeyd edib.

Bundan bir gün əvvəl Azərbaycan prezidenti Rusiyalı həmkarı ilə telefonla danışaraq Qələbə paradında iştirak edə bilməyəcəyini deyib. O, bu paradda Azərbaycanın müdafiə nazirinin və bir qrup hərbçisinin iştirak edəcəyini vurğulayıb.

Lap əvvəl isə eyni dəvətdən Çexiyanın prezidenti Miloş Zeman da imtina edib. O da bu imtinanı artıq Rusiyada koronavrusla bağlı epidemiloji vəziyyətin gərginləşməsi ilə əlaqələndirib.

Xatırladaq ki, ikinci dünya müharibəsinin bitməsinin 75-ci ildönümü ilə bağlı Moskvada qələbə paradı iyunun 24-nə təyin edilib. İyunun 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu dəvəti 12 dövlət başçısının qəbul etdiyini və onlardan da çoxunun MDB dövlət başçıları olduğunu deyib. Moskva hərbi paradın əvvəlcə mayın 9-da keçiriləcəyini bəyan etsə də sonradan pandemiya ilə bağlı tədbirin keçirilmə tarixi iyunun 24-nə təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol