Menu

“Azərbaycana təcili İsrail və Avropadan virusoloqlar gətirilməlidir” – Fazil Mustafa

21.06.2020, 00:13
“Azərbaycana təcili İsrail və Avropadan virusoloqlar gətirilməlidir” – Fazil Mustafa

“Azərbaycanda kifayət qədər və peşəkar virusoloq, epidemioloq yoxdur, hansı ki, əhalini az itki ilə infeksiya təhlükəsindən qorumaq üçün təkliflər, planlar düşünüb, vəziyyəti düzgün idarə etsin.

Qonşu dövlətlər bunu qəbul edib və xaricdən peşəkar mütəxəssislər cəlb edirlər. Orada 15-20 əcnəbi mütəxəssisdən ibarət komanda pandemiya ilə mübarizədə düzgün yol göstərir”.

Bu təklifi millət vəkili Fazil Mustafa səsləndirib.

Deputat plenar iclasda Azərbaycana İsrail, İtaliya, İspaniyadan mütəxəssis dəvət edilməsi barədə məsələ qaldırıb.

“Vəziyyət çox ağırdır, insanları evlərində saxlamaq lazımdır. İndi yeganə yol təcriddir. Başqa ölkələrdə karantin rejiminə polis qorxusu ilə nəzarət etmirlər, bu işlə səhiyyə işçiləri məşğul olur. Biz gərək mütəxəssis çatışmazlığına və düşdüyümüz vəziyyətə görə utanmayaq. Kömək lazımdır, istəyək. Əks təqdirdə bizdə Braziliya ssenarisi olacaq”.

Şərhlər

ÖzƏl "siyasi"lərimizə 2020-06-21 17:21:53

İud da, Avro da səyərli! Amma, 30-50 il təcrübəli həkimlərimizin daimi Konsiliumu gərəkdir!

Mubariz 2020-06-21 00:25:14

Israili niye xocaya lutfen deyin Pensilvaniyadan yollasin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol