Menu

Rusiya koronavirusa qarşı peyvəndini bu tarixdə istehsal edə bilər

21.06.2020, 11:09
Rusiya koronavirusa qarşı peyvəndini bu tarixdə istehsal edə bilər

Koronavirusa qarşı Rusiyanın hazırladığı peyvənd bu ilin payızında istehsal edilə bilər.

Virtualaz.org bildirir ki, bunu Qamaley adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginzburq deyib. O bildirib ki, mərkəz tərəfindən istehsal edilən virusa qarşı immun test sistemi sayəsində 4 mindən çox qan plazma nümunəsi analiz edilib.

Hazırlanan test sisteminin insan qanında koronavirusu təsirsiz hala gətirən antikorların olub-olmadığını ortaya çıxardığını və xəstəliyi keçirənlərin qan plazmasını keyfiyyətli sınaq edilməsinə şərait yaratdığını bildirən Ginzburq plazmanın ağır koronaviruslu xəstələrin müalicəsində istifadə edilə biləcəyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol