Menu

Daşkəsənə leysan yağış yağıb, dolu düşüb

21.06.2020, 16:04
Daşkəsənə leysan yağış yağıb, dolu düşüb

Qərb bölgəsinin dağlıq rayonlarından Daşkəsənə leysan xarakterli yağış yağır, dolu düşüb."Report"un Qərb Mərkəzinin məlumatına görə, küləklə müşahidə olunan güclü yağış və dolu rayonda bəzi fəsadlar yaradıb.

Daşkəsən şəhəri ilə yanaşı, bəzi kənd və qəsəbələrdə də meyvə ağaclarına, əkin sahələrinə qismən zərər dəyib. Kəskin hava şəraiti avtomobil yollarında nəqliyyatın hərəkətinə də çətinliklər yaradıb.

Hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol