Menu

BƏƏ Azərbaycana yardım göndərdi - FOTO LAR

21.06.2020, 19:17
BƏƏ Azərbaycana yardım göndərdi - FOTO LAR

Birləşmiş Ərəb Əmirliyi COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üzrə səyləri dəstəkləmək üçün Azərbaycana təyyarə ilə 11 metrik ton dərman göndərib. Bu barədə "Report" "Emirates News Agensy"yə istinadən xəbər verir. Agentlik qeyd edib ki, bu yardım koronavirusa qarşı mübarizə aparan təxminən 11 000 tibbi işçisinə kömək edəcək.

Yardımın çatdırılmasını şərh edən BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Əlqubaisi iki ölkə arasındakı əlaqələrin bir çox sahələrdə əhəmiyyətli dərəcədə tərəqqi etdiyini bildirib. O, bu əlaqələrin möhkəmlənməsində iki ölkə rəhbərliyinin rolunu xüsusi qeyd edib.

Səfir əlavə edib ki, bu gün tibbi yardım üçün təyyarələrin göndərilməsi BƏƏ rəhbərliyinin müxtəlif ölkələrdə, xüsusən də dünyanın pandemiya ilə mübarizədə qarşı-qarşıya qaldığı çətinliklər fonunda dost ölkələrə dəstəkverici yanaşmasının sübutudur. Humanitar yardımın Əbu-Dabi beynəlxalq hava limanında ölkəmizə yola salınması mərasimində səfir Mahir Əliyev, BMT-nin BƏƏ-dəki əlaqələndiricisi Dr. Dena Assaf, həmçinin BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin beynəlxalq humanitar yardım idarəsinin rəisi Raşed Məhəmməd Humeri, protokol idarəsinin rəis müavini və BƏƏ Səhiyyə Nazirliyinin nümayəndəsi iştirak ediblər. BƏƏ bu günə qədər 67 ölkəyə 946 metrik tondan çox yardım göstərib.

Şərhlər

Seyid Ənhu 2020-06-22 00:05:43

Nagaq göndəriblər. Çümki xəstələrə heç nə verməyəcəklər .5-6 ailə dərmanları satdırıb öz aralarında böləcəklər. Həmin pulla oğullarını və qızlarını kef çəkmək üçün istirahətə göndərəcəklər.

Vətəndaş 2020-06-21 20:35:50

Dərman mafiozları bu dərmanları da apteklərə göndərib pul qazanacaqlar.

Xalq 2020-06-21 20:20:54

pişik bığ yağını dağıtdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol