Menu

"Tanklarımız, toplarımız atır, təyyarələrimiz uçur" - Zakir Həsənov

21.06.2020, 23:19
"Tanklarımız, toplarımız atır, təyyarələrimiz uçur" - Zakir Həsənov

"Bu gün bizim bütün hərbi hissələrimizin öz təlim mərkəzi, trenajor zalları var. Yəni ki, hərbi hissənin daxilində hərbçilərimiz öz döyüş hazırlıqlarını davam etdirirlər. Bununla bağlı heç bir problem yoxdur".

"Report" xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Real" tv-yə müsahibəsində deyib.

"Pandemiya şəraitini nəzərə alaraq bəzi tədbirlər planında düzəlişlər etmişik. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrini yerinə yetiririk. Amma pandemiya şəraiti bu gün Azərbaycan Ordusunun döyüş hazırlığına təsir göstərmir. Təlimlərimiz davam edir, necə deyərlər, tanklarımız, toplarımız atır, təyyarələrimiz uçur", - Müdafiə naziri bildirib.

Şərhlər

rasim quliyev 2020-06-22 09:36:45

... neticeni gosterin...Müharibə etmək lazımdır

T.ədalət 2020-06-22 00:57:47

Ermənilər də rahat-rahat Dağlıq Qarabağda tikir,qurur və yollar çəkir.r

ejder 2020-06-21 23:50:15

AYE BES,MINALARIMIZ PARTLAYER,YA YOX

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol