Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") koronavirusdan müalicə alan xəstələrə lazımi diqqətin yetirilməməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, məsələ araşdırılır və lazımi tədbirlər görüləcək.
Məlumat üçün bildirək ki, yayılan görüntülərdə Mərkəzdə müalicə alan bir şəxs onlara gün ərzində cəmi bir ədəd üzəri çin dilində yazılı olan adi qrip əleyhinə olan dərman preparatı verildiyini və həkimlərin maraqlanmadığını iddia edir. Xəstə bildirir ki, bütün dərmanları öz vəsaiti hesabına alıb. O, vəziyyətin gərgin olduğunu və mərkəzdə heç bir aidiyyəti üzrə həkim görmədiyini qeyd edir.


Şərhlər
,,YAWASIN,,ANALOQU OLMAYAN SEHIYYEMIZ...AY ,,TABIB,,
Səhiyyədə vətəndaşların tibbi sığortasını təmin etmək üçün əməliiş görülməlidir.Yalan məlumatlarla televiziyada çıxışların heç bir nəticəsi olmaz.Bu məsələ ciddilik tələb edir.Nədənsə bu məsələilə nə Səhiyyə Nazlirliyi,nə də adı məlum,özü fəaliyyətsiz TƏBİB lazımı səviyyədə məşğul deyillər.Bu bütün rayon və şəhərlərdə özbaşına buraxılıb
Çürümüş səhiyyəsistemini sağaltmaq üçün ciddi tədbirlərə ehtiyac vardır.TƏBİB bu işə yaramadığını artıq 3-4 aydır təsdiq etdi.İnsanlarla eksperiment etməyin! Səhiyyə nazirliyi ilə ciddi məşğul olmaq,korrusiyalaşmış nazir vəm üavinlərindən xilas olmaq.səhiyyədə rüşvəti aradan qaldırmaq,dərman mafiozlarından əhalinin canını qurtarmaq vacibdir.ku,
Tebib ((( sehiyye nazirliyi ((( qalmishuq bu iksinin elindedeee( ona qôre bu qûndedi millet!!!
TƏBİB Qaradaq r-nunun QOBUSTAN qəs. DİLAVƏR adlı XƏRCƏNĞ xəs evində 3-nəf kornavirusa yoluxub hec kim baxmır.Mənə zənğ etmişdi xaiş edirəm kömək edin.ŞAYYƏ YAYIRLAR Kİ,ĞUYA XƏSTƏLƏRİ TANIŞLIQLA XƏSTƏXANAYA QƏBUL EDİRLƏR.Buna imkan verməyin vaxtında qarşısın ALIN.