Menu

"Bank sistemi üzrə kompleks dəstək tədbirləri nəzərdə tutulub" - Vüsal Qasımlı

22.06.2020, 12:18
"Bank sistemi üzrə kompleks dəstək tədbirləri nəzərdə tutulub" - Vüsal Qasımlı

"Azərbaycanda pandemiya dövründə müvəqqəti vergi rejiminin qəbulu nəticəsində verginin "0" dərəcəsində tutulmasının əhatə dairəsi genişləndirilir".

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə" mövzusunda keçirilən onlayn görüşdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, müvəqqəti vergi rejiminin əhatə dairəsi bir sıra sahələrdə müəyyənləşdirilib: "Məsələn, əmlak və torpaq vergisindən azadolmalar və mənfəət vergisindən güzəştlər müəyyənləşdirilib, sadələşdirilmiş sistem üzrə verginin azaldılması təmin edilib. Bütövlükdə, sosial sığorta haqları ilə bağlı diferensiasiyalar həyata keçirilib ki, bunun da müsbət təsirlərinin qeyd etmək lazımdır. Bir blok tədbirlər isə maliyyə sektorunu əhatə edir. Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, bank sistemi üzrə kompleks dəstək tədbirləri nəzərdə tutulub. Bu, həm fiziki şəxslərin dəstəklənməsi, həm də requlyativ tətil, maliyyə inklyuzivliyi, kredit ekspansiyası və maliyyə dayanıqlığının dəstəyi üzrə təbirlərdir. Sığorta sistemi üzrə də kompleks tədbirlər nəzərdə tutulub və artıq kapital bazarlarına dəstək tədbirlərində həyata keçirilməsinə başlanılıb".

Şərhlər

2+2=4 2020-06-22 13:33:07

İqtisadiyyatın hazırki tənzimlənmə sxemində mövcud olan qüsurları görməmək mümkün deyil, onlar həllini tapmalıdır.......)))))))) 1. İqtisadiyyatın liberallaşma səviyyəsi, dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi. Bu sual təbii ki, ölkə rəhbərliyi səviyyəsində həll olunan sualdır - Dövlətin inhisarlara münasibəti, imtiyazlı müəssisələrə münasibəti, rentabelli fəaliyyət göstərməyən müəssisələrin müflisləşməsi və s.........2.Bankların iqtisadi artımın təmin olunmasında iştirakı - nə üçün bu qədər zəifdir??? Əvvəlki dövrlərin təcrübəsinə baxmaq kifayətdir – bu illər bankların iqtisadi artımda payı yüksək idi. Əgər bankların kredit portfelinin həcminə baxsaq bunu aydın görə bilərik. Lakin nəticə nə oldu??? Kredit portfelinin genişlənməsi bankların kapitalının kəskin azalması ilə nəticələndi - kredit istifadəçilərinin keyfiyyəti ilə əlaqəli. Bu isə bank kapitalının azalmasını müəyyənləşdirdi. Banklar kreditləşməni kəskin məhdudlaşdırdılar və hazırda bank sektorunun yeni kapitala, əlavə kapitala ehtiyacı var. Lakin xarici kapitalın cəlb olunmasında və ölkə daxilində istifadə olunmasında məhdudiyyətlər, dövlət banklarında vəsaitlərin istifadəsində - səmərəliliyin aşağı səviyyəsi, itkilər; özəl səhmdar banklarda səhmdarların maraqlarının zəifliyi və risklər (vəziyyətin nə cür dəyişəcəyində qeyri müəyyənlik), yerləşdirilmiş vəsaitlərin rentabelliyi və s.....real, həlli zəruri olan problemlərdir. O ki, qaldı ...sitat:”requlyativ tətil, maliyyə inklyuzivliyi, kredit ekspansiyası və maliyyə dayanıqlığının dəstəyinə” bu təbirlərə ancaq uğurlar arzulamaq olar....

Vətəndaş 2020-06-22 12:33:43

Bu tədbirlərdən birincisi Azərbaycanda əhaliyə xidmət göstərən dövlət ban sisteminin yaradılmasıdır.Kommersiya bankları kommersiya təşkilatlarına və ya arzusu üzrə vətəndaşlara xidmət etməlifdir.Əhalini məcburən Kommersiya banklarının yüksək faizlərindən istifadəyə məcbur etmək qanunsuzluqdur.Nə üçün sadə vətəndaş öz dövlətinin bankından normal faizlərlə kredit almamalı və ya 25-35 faiz möhtəkir kommersiya banklarına faiz ödəməyə məcbur edilməlidir? Olmazmı ki,mərkəzibankın KOmmersiya banklarına verdiyi pul vəsaiti üçün 45 faz dən əhali də istifadə edə bilsin..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol