Menu

Vilayət Eyvazov post komandirini işdən çıxardı

23.06.2020, 17:23
Vilayət Eyvazov post komandirini işdən çıxardı

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) komandiri, polis mayoru Aqil Məmmədov vəzifəsindən azad edilib.

O, BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandir təyin olunub. Nazirin digər əmri ilə Yevlax postunun komandiri, polis mayoru Etibar İbrahimov da vəzifəsindən azad edilərək, Qaradağ postuna komandir vəzifəsinə təyinat alıb. (Oxu.az)

Şərhlər

Eko 2020-06-23 19:15:55

Ishden cixartib ? anlsmadim nese ...

Vətəndaş 2020-06-23 18:35:47

Sizin "şok şok şok Fındıq müəllim Qarpız müəllimə nə dedi?" Başlığı ilə verilən xəbərlərdən nə fərqiniz oldu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol