Menu

Əbülfəz Elçibəyin anadan olmasından 82 il ötür

24.06.2020, 00:25
Əbülfəz Elçibəyin anadan olmasından 82 il ötür

Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günündür. APA-nın məlumatına görə, Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Şərhlər

Ilqar 2020-06-24 08:13:17

ALLAH RÀHMÀT ELÀSIN.

ejder 2020-06-24 00:44:13

ALLAH REHMET ELESIN,BEY

Eli 2020-06-24 00:36:07

Allah rehmet eylesin .Azerbaycanin tarixinde xususi yeri olan bir shexsiyyet ve dovlet xadimi xalqin yaddaşında daim yaşayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol