Menu

Səhiyyə Nazirliyi TƏBİB-ə hansı köməyi edəcək?

24.06.2020, 09:46
Səhiyyə Nazirliyi TƏBİB-ə hansı köməyi edəcək?

Koronavirus infeksiyasına yoluxmuş şəxslərə ev şəraitində ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımı Səhiyyə Nazirliyi, stasionar müalicəni TƏBİB həyata keçirəcək.

Ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər icra olunur. Həyata keçirilən növbəti əhəmiyyətli tədbirlərdən biri də yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərə həm ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın, həm də stasionar müalicənin keyfiyyətli göstərilməsi, bu sahələrə ayrı-ayrılıqda diqqətin yönəldilməsi və proseslərin icrasının gücləndirilməsidir.

Xüsusi karantin rejimi müddətində Bakı şəhəri üzrə yeni növ koronavirus infeksiyası ocaqlarında gigiyena və epidemiologiya, karantin-təşkilati, o cümlədən profilaktik tədbirlərinin görülməsi, yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin yerində aşkarlanaraq onlara ev şəraitində ambulator-poliklinik və təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Gigiyena-epidemioloji, habelə yuxarıda göstərilmiş sahələrdə çalışan tibb işçilərinin yeni növ koronavirus ocaqlarının aşkarlanmasına və bu ocaqlarda tibbi yardımın təşkilinə cəlb olunması nəzərdə tutulur.

Yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin stasionar müalicəsinin təşkilini isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs həyata keçirəcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin gücləndirilməsi məqsədini daşıyır.

Şərhlər

Lətifov 2020-06-24 13:32:32

Səhiyyə nazirliyi təriflə yaratdığınız TƏBİBƏ hansı köməkliyi göstərə biləcək ki?Bunu yaradanda bir düşündünüzmü ki,ölkədə səhiyyəni parçalamaq olmaz.İdarəçilik belə olmur.idarəçilik təlmil,düşünülmüş və əsaslı olmalıdır.kim

İstəməyən anlamaz! 2020-06-24 12:20:18

İlk andan SN təcrübəli heyyətinin KONSİLİUMU GƏRƏKDİ!

Cəmşid Dərələyəzli 2020-06-24 11:01:42

1918-ci ildə rüblük qrum olaraq TƏBİB Xəstəxanaların İcbari Tibbi sığorta Agentliyinə keçməsi üçün, bir körpü rolu üçün yaradılmışdır. Birdən- birə Pandemiyanın peydah olması və onun əsas vəzifəsini buraxıb belə bir işə qalxışması yanlış oldu. Fövqalədə vəziyyətlərdə Ölkənin Tibb siyasətini Səhiyyə Nazirliyi oluşdurmalı idi. Elə bilirəm ən böyük yanlışlıq da burada oldu. Elə bilirəm hökümət bu məsələyə yenidən qayıtmalı, bu sahədə əsas məsuliyyəti sahibinə -Səhiyyə Nazirliyinə qaytarmalıdır. Bu keçən dörd ayda insanlar, Həkim məsləhətlərindən çox, Operativ Qərərgahın,Xarici İşlər Nazirliyinin və TƏBİB-in inzabati qərarlarına qulaq asıb. Bir də bu sahəyə aidiyyatı olmayan Debutat cərrahların həkim məsləhətindən çox bu inzibatçıların sözlərini təkrarlamaq . Hansı ki, burada əsas sözçülər Operativ Qərərgah yanında infeksion bilim adamlarından oluşdurulan Tibbi Komisiyya olmalı idi. Vardırsa da bu hiss olunmadı və görsənmədi. Ən əsaı isə bu gedişat bütün çabalara da kölgə düşürmüş oldu. Elə bilirəm, Səhiyyə Nazirliyi bütün məsələləri ələ almalı, dövlət və Millət qarşısında öz vəzifəsini və borcunu yerinə yetirməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol