Menu

Azərbaycanda televiziya kanallarında çalışan işçilərin sayı açıqlandı

24.06.2020, 11:12
Azərbaycanda televiziya kanallarında çalışan işçilərin sayı açıqlandı

2020-ci ilin aprel ayına olan məlumata görə, Azərbaycanın audiovizual industriyasında 7 500-dən çox işçi çalışır.

"Report" xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasından bildirilib.

Qeyd olunub ki, onlardan, təxminən, 4 800 nəfəri televiziya işçisi kimi, 2 000-dən çox insan ödənişli televiziya operatorlarının əməkdaşı, 400-ə yaxın şəxs isə radio sahəsinin əməkdaşı kimi fəaliyyət göstərir. Televiziya və radio sahəsində işləyən 600-ə yaxın əməkdaş regionlarda yaşayır və işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol