Menu

DİM abituriyentlərə müraciət edib

24.06.2020, 12:55
DİM abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələri yerləşdirilib.

Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, rus dili, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 111 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi bundan sonra da davam edəcək.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib. Videomühazirələrə buradan baxa bilərsiniz. 

Şərhlər

vətəndaş 2020-06-24 13:22:55

Video mühazirələrə haradan baxa bilərsiniz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol