Menu

Jurnalistlər xəstəxanaya yerləşdirildi - TƏBİB rəhbərliyinin göstərişi ilə... (Yenilənib)

24.06.2020, 15:46
Jurnalistlər xəstəxanaya yerləşdirildi - TƏBİB rəhbərliyinin göstərişi ilə... (Yenilənib)

Koronavirusa yoluxmuş və ötən gün “Atletlər kəndi”nə yerləşdirilmiş bacı-qardaş jurnalistlər -“Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və Cebhe.info xəbər portalı-"Cümhuriyət" qəzetinin müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşı 1 saylı Klinik Mərkəzə (“Semaşko”) köçürülüb. Bu barədə Modern.az-a Müşfiq Abdulla məlumat verib.

Jurnalistin sözlərinə görə, “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanovun, Mətbuat Şurasının sədri Əflatin Amaşovun və millət vəkili Qənirə Paşayevanın Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) xüsusi müraciətlərindən sonra qurumun rəhbərliyi hər üçünün sözügedən xəstəxanaya yerləşdirilməsinə göstəriş verib: “Bu dəqiqələrdə 1 saylı klinik xəstəxanaya gətirildik. Mən artıq palatadayam, bacım və yoldaşımı da yerləşdirəcəklər. Ümid edirik ki, hər şey yaxşı olacaq. Bu məsələdə xüsusi həssalıq nümayiş etdirən çalışdığım mətbuat orqanların baş redaktoru Rəfail Becanova, deputat Qənirə Paşayevaya və Mətbuat Şurasının sədri Əflatun Amaşova özüm və ailəm adımdan təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl onların COVID-19-la bağlı testlərinin nəticəsi pozitiv çıxıb. Bu səbəblə ötən gün TƏBİB-ə müraciət ediblər. Qurumdan onların xəstəxanaya yerləşdiriləcəkləri bildirsələr də, təcili tibbi yardım xəstələri “Atletlər kəndi”nə apararaq orada karantinə yerləşdirib. Orada isə xəstələrə heç bir tibbi xidmət göstərilməyib. Jurnalistlərin isə durumu ağırlaşıb.

***

"Məni, bacımı və həyat yoldaşımı aldatdılar ki, sizi xəstəxanaya aparırıq. Təcili yardım maşını bizi Atletlər kəndindəki karantinə yerləşdirib qacdı. İndi bizi buraxmırlar. Burda isə nə həkim var, nə də dərman. Şəxsiyyət vəsiqələrimizi alıb çıxmaga icazə vermirlər. Vəziyyətimiz isə getdikcə ağırlaşır. TƏBİB-in icazəsi olmadan deyirlər hec yerə gedə bilməzsiniz". Bu sözləri koronavirus testi pozitiv çıxmış jurnalist Müşfiq Abdulla sosial şəbəkədəki hesabında yazıb.

Xatırladaq ki, adıçəkilən jurnalistlə yanaşı onun həyat yoldaşı və bacısı "Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva koronavirusa yoluxub. Yoluxma əvvəlcə M.Abdullanın həyat yoldaşında baş verib, daha sonra jurnalistlər də yoluxublar. M. Abdullanın xanımında xəstəlik ağciyərlərin pnevmoniyasına səbəb olub.

Jurnalist Həbibə Abdulla bildirib ki, jurnalistin həyat yoldaşı ona durumlarının çox ağır olduğunu bildirib.

"TƏBİB rəhbərliyinin fikri nədir? Ölü sayını artırmaq? Gəlin zəng edib ağlaya-ağlaya ki, MüşfiqləNigar ölür. Nə edək? Üzümüzü kimə tutaq? Bu adamlar medianın tanınmış imzalarıdır, onlara belə edəndə başqalarına necə münasibət göstərilir axı?" -deyə Həbibə Abdulla yazıb.

Qeyd edək ki, TƏBİB hələ də virusa yoluxan bu ailəninin durumu, onların müalicə olunmaması ilə bağlı yazılanlarla bağlı hər hansı açıqlama verməyib. 


AzPolitika.info

Şərhlər

Elo 2020-06-24 19:11:20

Demeli burdada , adamin olmalidi (((( derd ((( pulluya beli, pulsuza deli ( atalar meseli var.

Vaqif 2020-06-24 17:39:07

Əgər Q.Paşayeva və başqaları müdaxilə etməsə idilər bu xəstələrin aqibəti nece olardı?

Jurnalistlərə 2020-06-24 14:48:07

"Boş" hoteldə həkim olar? Vacib motiv oranın xərclərinin ödənməsidir!

Eko 2020-06-24 13:48:39

Düshman kesilmishik biri birimize !!!!! Cox teesûf )))Elden qedirik , ,,,,,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol