Menu

DYP-nin rəis müavini koronavirusa yoluxub – Vəziyyəti ağırdır

24.06.2020, 15:52
DYP-nin rəis müavini koronavirusa yoluxub – Vəziyyəti ağırdır

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik İlham Rəcəbov koronavirusa yoluxub. Onun vəziyyətinin ağır olduğu bildirilir. Rəis müavini hazırda süni nəfəs aparatına qoşulub.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev faktı təsdiqləyib.

O bildirib ki, DYP-nin iki əməkdaşı koronavirusa yoluxub. Onlardan biri də İlham Rəcəbovdur: "Polkovnik hazırda xəstəxanadır və müalicəsi davam edir. Lakin onun son durumu haqqında məlumatım yoxdur".

(mediapost.az)

Şərhlər

hadi 2020-06-24 16:48:29

Harda tutub avtobusdaaa , yada otaqinda qelib qedennerden ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol