Menu

TƏCİLİ TİBBİ YARDIM TƏBİB-dən NİYƏ ALINDI? - Nazirlə sədr arasında narazılıq

24.06.2020, 19:06
TƏCİLİ TİBBİ YARDIM TƏBİB-dən NİYƏ ALINDI? -  Nazirlə sədr arasında narazılıq

Dünən axşamdan etibarən təcili və təxirəsalınmaz tibbi yardım xidməti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) alınaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

"AzPolitika" xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, dünən axşam saatlarında TƏBİB-in İdarə heyyətinin sədri Ramin Bayramlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi işdən kənarlaşdıraraq onun yerinə Cavanşir Fərəcovu təyin edib.

Baş verən bu hadisə R. Bayramlı ilə səhiyyə naziri Oqtay Şirəliyev arasında anlaşılmazlığa səbəb olub. Nazir bu təyinatla bağlı öz narazılığını bildirib.

Beləliklə də, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası yenidən Səhiyyə Nazirliyinin balansına qaytarılıb, Rauf Nağıyev isə yenidən əvvəlki vəzifəsinə təyin edilib.

Şərhlər

Moshu 2020-06-25 10:48:16

Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyəti heç kimə sirr deyil. Lakin, bir həqiqət vardır ki, bu qurum illərdir ki, yaxşı-pis, formalaşıb və müəyyən təcrübəyə malikdir. Təcili tibbi yardım isə elə bir sahədir ki, burada hansısa səhvə, gecikməyə yol vermək olmaz, əks halda insan həyatı təhlükəyə məruz qalar. TƏBİB yeni qurumdur, onun rəhbəri isə o qədər də təcrbüəyə malik deyildir ki, təcili tibbi yardıma öz töhfəsini verə bilsin. TƏBİB-in rəhbəri ilə bağlı hansısa tənqidi fikirlərimi bildirmək istəməzdim. Çörəyi ver çörəkçiyə, birini də üstəlik deyimi burada yerinə düşər. Hər halda əgər təcili tibbi yardım həqiqətən Səhiyyə Nazirliyinin kurasiyasına qaytarılıbsa, bu çox düzgün addımdır. O ki, qaldı Səhiyyə Nazirliyindəki korrupsiya hallarına, Nazirliyin çirkaba bulaçmasına burada Baş Prokurorluq, qara maskalı oğlanlar onların tərbiyəsi ilə məşğul olsunlar.

Vugar 2020-06-25 09:59:28

Ramin muallim cox savadli gabiliyyatli bir shaxsiyyatdi onu danishigi gorduyu ush onun yuksak profisional oldugunu subut edir.

Emin 2020-06-25 07:45:42

Eslinde ne Sehiyye naziri bir iše yarayir ve ne deki 103 xidmeti. Bir halda ki 103 zeng vurursan 5 saata gelirse, bu biabirçiliqdir!!! Bes neoldu analoqu olmayan inkişafimiz hara getdi??? Demek hamisi boş şeyimiş!!! Oqtay Şireliyev yagin maraqliir 103 xidmetinde pul olduğu ūçūn tez öz nezaretine keçirdi. Bax bu çox ciddi meseledir!!! Bu terefde insanlar eziyyet çekir, o biri terefde sehiyye naziri vezife böldūrūr !!!

Ağayev Ağahüseyn 2020-06-24 23:06:08

Səhyyə nazirliyi CİRKABA-KORUPSİYAYA bulaşmış bir təşkilatdır. onları ancaq QƏBİR düzəldər.KİM istəsə bunun kökünü kəsmək mən ona kömək etməyə hazıram.

Afiq 2020-06-24 21:58:49

Səhiyyəni bölüb hərc-mərclik yaradılıb.Nəticədə insanların həyatı təhlükəyə atılıb....

Cavanşir 2020-06-24 21:55:35

TƏBİB lazəmsız qurum kimi yaradılıb..Əksinə səhiyyə nazirliyində kadr dəyişikliyi vasitəsilə rüşvət.korrupsiyanı aradan qaldırmaq,monopolist müavinlərdən və digər səhiyyəni pis vəziyyətə salanladan təmizləyib,gücləndirmək yaxşı olardı.Jakimiyyət səhiyyə sistemini parçalamaqla səhiyyəni və insanları ağır vəziyyətə salıb.d bətt

oxucu 2020-06-24 21:35:14

TƏBİB leqv olunmalidir. TƏBİB-in İdarə heyyətinin sədri Ramin Bayramlınin SEHIYYE barede anlayishi YOXDUR...... Internetde bu adamin kimliyi barede melumat var.....

Eko 2020-06-24 19:17:34

Qiracaqlar bir birini ( her shey pula sôykenir )

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol