Menu

"Ləğvetmədə olan 21 bankın kredit portfelinin 58%-i təminatsızdır" - ADIF

25.06.2020, 13:37
"Ləğvetmədə olan 21 bankın kredit portfelinin 58%-i təminatsızdır" - ADIF

“Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu 21 bankın bu günə kredit portfeli 5,2 milyard manat təşkil edir”.

“Report” xəbər verir ki, bunu ADIF-in icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun 3,6 milyard manatı əsas borc, 1,6 milyard manatı isə faiz borcudur.

“Kredit portfelinin 58%-i təminatsızdır. Bununla belə, onların bir qismi üzrə ödəniş edilir. Kreditini qaytarmaqda çətinlik çəkən müştərilərlə görüş keçirilir, onların borcu restrukturizasiya edilməsi istiqamətində tədbirlər görülür”, - deyə T.Piriyev əlavə edib.

Şərhlər

Musa 2020-06-25 13:40:35

Yalniz esas borcu qaytarmaq lazimdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol