“Pandemiyanın sürəti artır. Avropada vəziyyət yaxşılığa doğru gedir. Ancaq dünya üzrə ümumilikdə vəziyyət yaxşı deyil”.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bu ilin sonunadək peyvənd tibb işçiləri və həssas qrupdan olan insanlar üçün əlçatan olacaq: “Ümid edirəm ki, peyvənd 2020-ci ilin sonunda tibb işçiləri üçün əlçatan olacaq”.
O əlavə edib ki, dünyada virusa yoluxanların 21 faizi tibb işçisi, 94 faizi isə yaşı 65-də yuxarı olan şəxslərdir.


Şərhlər
Böyük çaplı tibb üzrə Akademiklər Çuçalin və Qundarovun kremldə və mətbuatda Putinə dediklərindən sitatlar yazıram: 1. Uşaq doğulandan bir ay sonra artıq koronovirusla yaşayır. 2. Karantin rejimini artıq ağ eyləmişik. 3. Qrip virusu koronovirusu məhv edirdi. 4. Qripə qarşı vaksin koronovirusu gücləndirdi. 5. Koronovirusa qarşı peyvənd vurdurmayın. 6. Dünya əhalisinin 80% koronovirus xəstəliyini keçirib. 7. İnsanları karantində saxlamaq cinayətdir,çünki ümunitet minimuma enir. 8. Koronovirus hər il olub və olacaq. 9. Rusiyada koronovirusdan ölənlər 30%, xəstələnənlər 100% şişirdilib.10. Adi pondemiyadan ölənlərin sayı, koronovirusdan ölənlərdən 10 dəfə çoxdur.11. Məcburi maska taxtırmaq cinayətdir. 12. Koronovirus xəstəliyinin pik həddi hər il yanvar, mart və oktyabr ayında olur. ÜST və TƏBİB hörmətli Akademiklərə irad bildirə bilərlər? Düşünürəm ki, yox.