“Bu, tamamilə sakinlərin öz istəklərilə təşkil olunmuş bir jest idi. Vətəndaşlara buna görə irad bildirə bilmərik, sadəcə təşəkkür edirik. Mən o sakinləri tanımıram. Sizin kimi sadəcə videodan izləmişəm. Amma bunu iddia edənlər varsa da, demək istəyirəm ki, çətin günlərdə öz vəzifə borcunu layiqincə yerinə yetirən Azərbaycan polisinin hansısa ucuz şouya, hansısa mahnıya ehtiyacı yoxdur".
"AzPolitika.info" xəbər verir ki, bunu Daxili İşər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Yasamal rayonunda binaların birində mahnı oxuyaraq polisə dəstək ifadə edən vətəndaşlarla bağlı sosial şəbəklərdə gedən müzakirələrə münasibət bildirərkən deyib.
E. Zahidov qeyd edib ki, bu, sadəcə sakinlər tərəfindən edilmiş xoşməramlı bir jest idi: "Uşaq-böyük, qadın-kişi hamısı eyvanda idi. Burada pis nəsə axtarmaq gərəksizdir”.
"AzPolitika.info"


Şərhlər
Görünür axı orada professionallar,trinirovka edib bir yerdə xorla oxuyurlar.