Menu

İsti havada hansı suyu, necə içmək lazımdır? - Dietoloq məsləhəti

26.06.2020, 00:02
İsti havada hansı suyu, necə içmək lazımdır? - Dietoloq məsləhəti

Otuz dərəcə və yüksək (Selsi) temperaturda küçədə bir saat ərzində 0,5 litr qələvi mühitli su içmək lazımdır. Belə tövsiyə ilə Peterburqdan olan dietoloq-həkim İnna Kononenko insanlara müraciət edib.

«Əgər orqanizm yüksək dərəcədə qızırsa, o avtomatik olaraq termotənzimləməni işə salır - qan daxili orqanlardan bədənin səthinə və ətraflara paylanır və orada damarların genişlənməsi baş verir. Bu zaman qan artıq istini asanlıqla xarici mühitə verir - insan tərləməyə başlayır, nəm buxarlanaraq, bədəni soyudur. Məhz buna görə də istidə çoxlu su içmək lazımdır ki, su balansını bərpa etmək mümkün olsun» - dietoloq danışır.

Onun sözlərinə görə, orqanizm üçün məhz qələvi su faydalıdır. Belə suda viruslar, bakteriyalar və göbələklər inkişaf etmir. Amma adi su kəmərindən götürülmüş su orqanizmi «turşudur» - xüsusilə gün ərzində 2-3 litr içərkən. Orqanizm bu suyu hüceyrələrə buraxmağa macal tapmır - ona vaxt lazım gəlir.

«Suyu qaynatmaq da lazım deyil - təmiz içməli çiy suda kalsium, manqan, natrium, kalium, azot, oksigen və qazlar olur. Bu - canlı sudur. Qaynadılmış su hətta oksigendən də məhrum olur, əgər suda ağır metallar varsa, qaynadılan zaman onlar təhlükəli maddələr əmələ gətirə bilər» - İnna Kononenko xəbərdarlıq edir.

Dietoloq qeyd edir ki, isti günlərdə hər gün 1,5 litrə qədər mineral süfrə suyu içmək və ya adi suya 1 ədəd lmon şirəsi əlavə etmək lazımdır. Amma yüksək turşuluğu olan insanlar sonuncu variantla bir qədər ehtyatlı olmadıdırlar.

«İçmək rejiminin gücləndirilməsindən danışarkən, bilmək ladımdır ki, birdəfəyə 0,5 litr su içmək lazım deyil - yaxşısı budur fasilələrlə və kiçik udumlarla içəsən. Sonuncu onunla bağlıdır ki, əgər insan birdəfəyə çoxlu su içirsə, sirkulyasiya edən qanın həcmi artır - bunun hesabına ürək və böyrəklərin yükü artır. İsti havada isə onlar onsuz da gücləndirilmiş rejimdə işləyirlər» - ekspert izah edir.

Soyuducuda saxlanmış soyuq suyu da içmək olmaz - belə su bağırsaqlar tərəfindən yavaş sorulur. Soyuq suyun orqanizmə daxil olması hesabına qan damarlarının spazması baş verir. Damarların daralması səbəbilə, orqanizmin istilik ötürməsi pozulur və o, daha da çox qızır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol