Menu

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçir

26.06.2020, 11:47
Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçir

Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti dəfə hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilər bu dəfə də Ağdamın Uzundərə adlanan ərazisində cəmləşib.

İşğalçı ordunun hərbçiləri təlimlərə bu gün saat 11:00 radələrində başlayıb. 

Uzundərədə quraşdırılan ağır artilleriya qurğularından çıxan mərmilər Şahbulaq yüksəkliyinin ətrafındakı dağ massivinə düşür.

Mərmilər hədəfə dəyərkən çıxan partlayış səsləri cəbhəyanı yaşayış məntəqələrindən eşidilir.

Şərhlər

t.ədalət 2020-06-26 23:16:33

Rusiya Azərbaycan hərbiçilərinin Moskvadakı paradda iştirakından sonra,bu təlimləri keçirməklə,sanki Azərbaycan tərəfi bir daha əmin etmək istəyir ki,onlar həmişə ermənilərin yanında olublar,bundan sonra da olacaqlar.

Rüstəm 2020-06-26 11:59:27

Biz virus adı ilə daha da dərin yuxuya gedirik, oyanan da deyilik. ...!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol