AZƏRBAYCANDA KİMLƏR GENERAL-POLKOVNİKDİR? - Siyahı

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib.

Azərbaycanda bununla da sözügedən general-polkovnik rütbəsi daşıyanların sayı 19-a çatıb. Bundan əvvəl isə, 18 məmura general-polkovnik rütbəsi verilib.

Sözügedən rütbəylə təltif edilən şəxslərin adlarını təqdim edirik:

1. Zakir Həsənov - Müdafiə naziri

2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi

3. Ramil Usubov – Eks Daxili İşlər naziri, Prezident yanında Təhlukəsizlik Şurasının katibi

4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri

5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

6. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi

7. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi

8. Namiq Abbasov - Azərbaycanın sabiq milli təhlükəsizlik naziri

9. Səfər Əbiyev – Sabiq müdafiə naziri

10. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri

11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)

12. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri

13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik)

16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri

17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri

18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini

19. Vilayət Eyvazov - Daxili İşlər naziri (“Qafqazinfo”)

635x100

Şərhlər

Seyid 2020-06-27 13:45:00

Mədət Milli qəhrəmanı haradan alıb. Qarabağda vuruşub?

Yefretor 2020-06-27 13:43:27

Bunların vaxtı keçib General Armiya vermək vaxtıdır. Hamısı müharibədə can qoyublar. Eldarla Fazilə isə Generalisimus vermək.

Lazim muəllim. 2020-06-27 10:27:12

Bu "general polkovnikleri"görəndə adami bir aci gulmek tutur.

BAKILI 2020-06-26 18:04:44

nə generallardır? bəilərinin bir nagarasi catmir

Eko 2020-06-26 15:42:06

Mûharibeni udmush ôlkelerde ( esqer sayna qôre) bu qeder qeneral yoxdu .Ne deyim Vallahi , belkede bele lazim .

omar 2020-06-26 15:37:33

Kəmiyyət var,keyfiyyət yox.... bu qədər general olmaz.

t.ədalət 2020-06-26 15:12:05

Bu generalların hamısı hansısa igidliyə görə deyil,sadəcə olaraq hökumətdə vəzifə tutduğu üçün rütbə alıblar.

Lazim muəllim. 2020-06-26 14:32:13

POLKOVNIK,POLKOVNIK,POLKOVNIK.SSSR inin vaxtinda 30 herbide isleyib polkovnik rutbesine gucle catardilar.Bizde gunaşiridi.Hele ordu generali,sonra marsal,sonra generalssimus.Taaa o terefi yoxdu amma bunlar tapacaqlar nəsə.

[email protected] 2020-06-26 14:27:43

Azərbaycan dövlətinin "ugurlu" inkişafini nəzərə alaraq sayi 10 dəfə artirmaq lazimdir.

osman 2020-06-26 13:43:22

Qalib Generallar. Nə qədər general olar bizdə?

Fazil 2020-06-26 13:28:58

Bunların neçəsi Naxçıvandandır ,neçəsi Nehrəmdəndir .neçəsi kürddür və niyə belədir?

t.ədalət 2020-06-26 12:25:38

Tofiq Ağahüseynovun Azərbaycan ordusuna aidiyyatı yoxdur.O sonaqədər rus ordusunda qalıb ....Bizim orduda xidmət etməyi özünə yaraşdırmadı.Respublika veteranlar təşkilatı rus ordusuna xidmət edənlərdir...Dövlət,nədənsə Azərbaycana aid olmayan bu təşkilar=tı maliyyələşdirir və bütün tələbatlarını ödəyir.Ancaq Azərbaycan torpaqları uğrunda döyüşən veteranların dövlət tərəfindən maliyyələşdirilən təşkilatı yoxdur.

Son yazılar