Menu

Çempionlar Liqasında son püşkatmanın tarixi bəlli oldu

26.06.2020, 14:17
Çempionlar Liqasında son püşkatmanın tarixi bəlli oldu

UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələləri üçün püşatma mərasiminin vaxtı bəlli olub.

"Report" "Sky Sports"a istinadla xəbər verir ki, hər iki püşk iyulun 10-da olacaq və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

1/4 finalın püşkündən dərhal sonra yarımfinalın püşkü atılacaq.

Qeyd edək ki, Çempionlar Liqası 1/4 finaldan etibarən Portuqaliyanın paytaxtı Lissabonda olacaq. 1/8 finalın qalan oyunları 7-8 avqustda reallaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol