Menu

Milli Məclisin komitə sədri cərimələrin xeyli artırılmasını istəyir

26.06.2020, 14:39
Milli Məclisin komitə sədri cərimələrin xeyli artırılmasını istəyir

“Karantin dövründə qaydaları pozmağa, fərdi qoruyucu vasitələrdən istifadə etməməyə, o cümlədən, qapalı məkanlarda və təlimatda nəzərdə tutulan digər yerlərdə maska taxmamağa görə cərimələr müəyyən olunub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, ötən dövrün təcrübəsi göstərir ki, cərimələrin məbləği təsirli nəticələr üçün yetərli deyil: “Eyni zamanda aşağı məbləğdə cərimələr inzibati xətanın ağırlığına adekvat deyildur. Artıq dünyada koronavirusa görə karantin rejiminin və maskadan istifadənin pozulması həm də, cəmiyyətə hörmətsizlik və qəsd kimi də qiymətləndirilir”.

Komitə sədri qeyd edib ki, karantin rejiminin pozulmasına, o cümlədən, qapalı məkanlarda maskadan istifadə olunmamasına görə cərimələrin məbləği xeyli artırılmalıdır: “Əlbəttə, cərimə məbləğinin artırılması vətəndaşı cəzalandırmaq məqsədi daşımır, əksinə, onun sosial məsuliyyətinin yüksəlməsinə, intizamın artmasına xidmət edir.

Analoji qaydalar digər ölkələrdə, o cümlədən, qonşularımız Türkiyədə, Rusiyada və Gürcüstanda da tətbiq edilmiş və müsbət nəticə verib. Türkiyədə karantin rejiminin pozulması, o cümlədən maska taxmamağa görə cərimələrin məbləği 370- 3000 lirə arasında dəyişir, Gürcüstanda karantin rejiminin pozulmasına görə fiziki şəxslər 2 min lari ( 670 dollar) , hüquqi şəxslər 10 min lari (3300 dollar) cərimə olunur, Rusiyada karantin rejiminin pozulmasına görə fiziki şəxslər 15 mindən 40 min rubla qədər (214 və 570 dollar), hüquqi şəxslər 150 min-500 min rubl (2152 və 7150 dollar), maska taxmamağa görə fiziki şəxslər 5000 rubl (120 manat) məbləğində cərimə olunurlar. Heç şübhəsiz ki, koronavirusla mübarizədə təşkilati- institusional tədbirlərlə yanaşı, vətəndaş məsuliyyətini artıran cərimə və nəzarət tədbirlərinin gücləndirilməsinin də əhəmiyyəti böyükdür”.

Şərhlər

"Millət vəkillərinə" 2020-06-26 18:37:14

Milli məclisin Komitə sədri 6000 manat havayı,zəhmətsiz ( hətta ölkənin baş nairindən 3 dəfədən artıq) maaş alır .Ona 50-100 manat təsir etmir.Axı ay Millət "vəkili" millət gündəlik yaşamını təmin edə bilmədiyini bilərəkdən belə gic-gic bəyanatlar niyə verirsiniz?Bir az hyanız olsun.

Alxas 2020-06-26 16:29:55

Belə millətin vəziyyətindən xəbəri omayan deputatın təlifi əəsüf doğurur.Ay "deputt" iş təşkil etmək lazımdır,cəriməlmk yox!

Eko 2020-06-26 15:39:02

Aha taza sôhbet)))

QıZIL DEPOdat 2020-06-26 15:37:35

Ölməyib sağ qalanlara valya ehtiyatı tam və bərabər paylanacaq!

Etibar 2020-06-26 14:53:49

Belə olmaz axı insanları bir hissəsinin adi çörək puluna ehtiyacı var. Yumşaq kresloda oturub milyonlarla pul kapitalı olanlar  yoxsul insanları bu qədər sıxmaq, meşoğa yığmaq,olmayan pilinu almaq istəyi nədəndir görəsən. 

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol