Menu

Videodakı qadınlar poçt işçiləri imiş... - DİN-dən açıqlama + VİDEO

26.06.2020, 22:36
Videodakı qadınlar poçt işçiləri imiş... - DİN-dən açıqlama + VİDEO

Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb.

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, həmin görüntülər dərhal araşdırılıb və məlum olub ki, həmin sürücü İranə Əhmədova və 2 rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir.

O da müəyyən edilib ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, saxlamayıblar.

Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilmiş və profilaktik söhbət aparılıb. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirmiş və bu əməllərindən peşman olduqlarını qeyd ediblər.

Şərhlər

elmuraz 2020-06-27 09:38:54

Ayıb olsun! Qadına yaraşmayan bir hərəkət!

Valeh. 2020-06-27 05:57:08

Bu insanlarin bəziləri elə bil ağiini itirir.hər şeyi paylaşirlar.biz aşiri həvəsgar olmuşuq.cox lazomsoz paylaşim edirik.Sonrada toparlaya bilmirik.Xanimlar işinizi hörun.sizə lazomdi p paylaşim?

fuad 2020-06-27 01:17:22

bizdən adam olmuyub olmayacaqda

samed 2020-06-26 23:31:36

interneti kesf eleyenin ALLAH atasina lenet elesin insanlarin meneviyyatini korlayib tamam

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol