Xəbər verildiyi kimi, bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb.
AZAL-dan "Report"a verilən məlumata görə, sosial şəbəkələrdə bəzi saytlar tərəfindən biletlərin baha qiymətinin əks olunduğu şəkillərin yayılmasına təəssüf ifadə edilib:
"Rəsmi olaraq bildiririk ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.
Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.
AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır".


Şərhlər
Gürcüstanda bilet həmişə 2 dəfə ucuz olub. Belə getsə hamə imkansızlıqdan gedib yad ölkədən uçacaqlar.
Azal avia şirkəti bəyan edib ki,pandemiya ilə əlaqədar uçuşlar müvəqqəti dayandırılıb və uçuşdan imtina edən vətəndaşların biletlərinin dəyəri uçuş bərpa olunduqdan sonra 90 gün ərzində qaytarılacaq. Bu tamamilə qanunsuzdur. Faktiki olaraq fors-major şəraiti yaranıb və vətəndaşların heç bir günahı yoxdur. Ona görə bileti qaytaran vətəndaşın biletinin dəyəri dərhal qaytarılmalıdır. Bu bir daha Azal şirkətinin onsuzda baha avia xidmət göstər göstərən şirkət olmasına baxmayaraq qanunsuzluqla məşğuldur.