NATO-nun xərclərinə ümumi-daxili məhsulun (ÜDM) 2 faizi həcmində üzvlük haqqı koronavirus pandemiyasının doğurduğu iqtisadi nəticələr fonunda «məqbul instrument» deyil. Belə bəyanatla iyunun 26-də Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer çıxış edib («N-TV»).
Bu zaman almaniyalı nazir bildirib ki, NATO-nun müdafiə imkanlarının artırılması Almaniya Federativ Respublikasının (AFR) maraqlarına cavab verir. O, Krımın ilhaqını xatırladıb: «Biz hamımız NATO-da hiss etdik ki, Rusiyadan nə qədər real və fövqəladə təhlükə qaynaqlanır».
Ancaq Kramp-Karrenbauer qeyd edir ki, xərclərin cəmi heç də adekvat deyil. Nədən ki, daha bir resessiyanın baş verəcəyi halda bundesver bu normativi xeyli tez yerinə yetirə bilər, amma bununla öz hərbi imkanlarını yaxşılaşdıra bilməz. Xeyli vacibdir ki, 2030-cu ilə Almaniya NATO-nun hərbi gücünün 10 faizini öz üzərinə götürsün. Almaniyalı nazir məhz bunun uğrunda çıxış edir.
Hər necədirsə, xanım nazir etiraf edib ki, «bu, asan olmayacaq» və bu zaman koronavirus pandemiyası səbəbilə dövlət büdcəsinin ixtisarını xatırladıb. Onun sözlərinə görə, Avropaya əldə olan vəsaitlərin effektli istifadəsi və paralel strukturların yaradılmasından qaçmaq lazımdır.
«Burada, Avropada bizim vəzifəmiz silahlar və təchizat məsələlərində öz fəaliyyətimizi yaxşı koordinasiya etməkdən ibarətdir. Bizə ümumi strateji kompas işləyib hazırlamaq lazımdır» - xanım nazir bildirib.
AzPolitika.info


Şərhlər