KARANTİN REJİMİNİ POZANLAR ÜÇÜN CƏRİMƏLƏR ARTIRLIR - 4 min manatdan 10 min manatadək...

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin Maddə 211-ci maddəsi yeni redaksiyada təklif olunur.

Beləliklə, hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilibsə, layihədə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi təkoif olunur. 

Vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnməsi təklif olunur.

Hazırda işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 

Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.

Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinı daxil edilib.

635x100

Şərhlər

MRP 2020-06-28 10:21:17

Poliklinikalarda xəstələr maska taxmır və həkimlər üçün təhlükə mənbəyidirlər.Yaxşı olardı ki maska taxmayan xəstələri həkimlərin qəbuletməməsi barədə əmr hazırlayardınız.OQ küçəyə çıxmamağı tövsiyə edtiyi bir vaxtda SN-yi bütün səhiyyə işçilərinə bazar və bayram günləri işə çıxmaq göstərişi verib(pulu ödənilməmək və məzuniyyətə əlavə olunmamaq şərti ilə)

Adil 2020-06-27 21:42:21

Maraqlidi bu pulu hardan verecekler ?O hakda dûshûnmûsiz ? Cox maraqlidi ,,,

Xalq 2020-06-27 20:03:07

malades, afərin, miquyənd.

Vətəndaş 2020-06-27 19:28:55

Bu layihəni hazırlayanın düşünur?Əhali it günündə yaşayır,bunlar öz ayıblarına kor olmaq əvəzinə millətin qanıçı sormağa hazırdırlar.Hanı Sizin səhiyyəniz, xəstələrə münasibətiniz.,dərmanlarınız,dezinfeksiyalarınız,insanlara qayğınız? Utanmaq əvəzinə kasıb insanları cərimələyib bu pulları öz aranızda paylaşırsınız! Ayıb deyilmi...

Qoca 2020-06-27 18:09:33

oxudum təziqim qalxdı. Neynəmək istəyirlər.?

t.ədalət 2020-06-27 17:28:15

Minimum əmək haqqından artıq cərimə etmək olmaz....

t.ədalət 2020-06-27 17:24:52

Bəs,dövlət necə,əhalininb ehtiyaclarını ödəməkdən boyun qaçırırsa nə qədər cərimə olunacaq?

Sədi 2020-06-27 17:05:30

Ermənilər Qarabağı ermənistan torpaqı elan elədir. Bunun haqqında fikirləşmək hərəkətə keçmək lazımdır, ..

Namərd 2020-06-27 16:22:23

Bu qaunu TALANÇILARA tətbiq etmək lazımdır. Millətə atıblar milyonları var. İndi də ödəsinlər bir az fonda. Kasıbın pulu var onu verməyə? Mərdi qova-qova namərd etmək nəyə lazımdır. Hər 100 nəfərdən birinə 190 verdiniz. Ona da Deyəsən m bu qərarı beyninə gətirəöhkəm peşman olmusunuz. İndi də nə yolla olur olsun almağa çalışırsınız. Bəs müsəlmançılıq,bəs insanlıq? İnsaf mürvət, din iman deyilən şey yoxdurnlərdə. Allahı yaddan çıxarmayın. Allahın səbri böyükdür, ancaq bir gün tükənir.

Bahadur 2020-06-27 16:01:36

Insanlar dolana bilmir.binlar cerime artiritllsr. Dusunse!

Son yazılar