Menu

Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım verib

27.06.2020, 18:37
Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım verib

Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb.

"Report"un məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım verib.

Şərhlər

Qoşqar 2020-07-02 17:08:12

insanlarımız Azərbaycanda bir qarın çörək üçün dilənirlər, o yardımı özümüzə etsəydiniz, daha yaxşı olmazdımı..., yoxsa buna da layiq deyilik...

Xalq 2020-06-27 20:45:05

bax buna varam, əladır ki, malades

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol