Menu

“Rusiya ilə konstruktiv dialoq üçün bütün əsaslar var” - Merkel

28.06.2020, 00:17
“Rusiya ilə konstruktiv dialoq üçün bütün əsaslar var” - Merkel

Almaniyanın kansleri Angela Merkel «Guardian», «Suddeutsche Zeitung», «Le Monde», «La Vanguardia», «La Stampa» və «Polityk» nəşrlərinə verdiyi müsahibədə bəyan edib ki, Rusiya ilə konstruktiv dialoqu davam etdirmək üçün bütün əsaslar var.

Kansler qeyd edib ki, indi Rusiyanın Yaxın Şərqdə təsiri çox yüksəkdir və onunla dialoq qurmaq lazımdır.

«Rusiya ilə konstruktiv dialoqu davam etdirmək üçün bütün əsaslar var. Suriya və Liviya kimi ölkələrdə - Avropanın bilavasitə yaxınlığında yerləşən ölkələrdə - Rusiyanın strateji təsiri böyükdür. Ona görə də mən, əməkdaşlığa can atacam» - Merkel qeyd edib.

Xəbər verildiyi kimi, iyunun əvvəlində Rusiya prezidenti Vladimir Putin və Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel telefon danışığı aparıblar. Danışıq zamanı Suriya, Liviya və Ukraynadakı vəziyyət müzakirə mövzusu olub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol