Menu

İranda koronavirusun geniş yayıldığı əyalət və şəhərlərdə sərt karantin rejimi tətbiq olunacaq

28.06.2020, 13:55
İranda koronavirusun geniş yayıldığı əyalət və şəhərlərdə sərt karantin rejimi tətbiq olunacaq

İranda yeni növ koronavirusa (COVİD-19) yoluxmanın geniş yayıldığı əyalət və şəhərlərdə (qırmızı zona) 1 həftəlik sərt karantin rejimi tətbiq olunacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Qərargahının bugünkü iclasında bildirib.

H. Ruhani deyib ki, lazım gələrsə, bu müddət uzadılacaq. İran Prezidenti qeyd edib ki, iyul ayının 5-dən 21-dək ölkədə qapalı və ictimai yerlərdə maskadan istifadə icbaridir və aidiyyatı qurumlar buna nəzarət etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol