Menu

Səhiyyə Nazirliyi həkim axtarır

29.06.2020, 17:47
Səhiyyə Nazirliyi həkim axtarır

Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə hr@health.gov.az elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

Ərizə

Şəxsiyyət vəsiqəsi

Diplom

İnternatura vəsiqəsi

Sertifikat

Əmək kitabçası

Şərhlər

Gülşən 2020-06-29 17:56:58

Hələ cox yerə işçi axtaracaqlar, bütün mütəxəssisləri işdən çıxarıb tanşlıqla naşı səriştəsiz adamları yığdılar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol