Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Ölkədə son gün ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558 test aparılıb.

Məlumata görə, ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 475 525-dir.